• Rus Dili
  • Reklam
    » » Paşinyanın saytı dağıdıldı - “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTO
    

    Paşinyanın saytı dağıdıldı - “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTO

    18-10-2019, 21:39
    Oxunub: 50
    Şərhlər: 0
    Çap versiyası
    Paşinyanın saytı dağıdıldı - “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTO
    18 oktyabr 2019-cu il tarixində azərbaycanlı hakerlərdən ibarət "Anti-armenia Team" qrupu tərəfindən Ermənistan baş nazirinin rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.

    Eurasia Diary Azxeber.com-a istinadla xəbər verir ki, hücum nəticəsində Nikol Paşinyanın rəsmi veb-saytına kənar müdaxilə uğurla nəticələnib, veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!" başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada baş tutmuş "Valday 2019" forumundakı çıxışının video fraqmenti əlavə olunub.

    Kiber-hücum əməliyyatı "Ferid23" və "LozariuS" kod adlı hakerlər tərəfindən həyata keçirilib.

    Qeyd edək ki, "Anti-armenia Team" 19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılıb.
    Paşinyanın saytı dağıdıldı - “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTOскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.