• Rus Dili
  • Reklam
    » » AĞ Partiya rəhbəri Tural Abbaslı xalqı təbrik etdi
    

    AĞ Partiya rəhbəri Tural Abbaslı xalqı təbrik etdi

    18-10-2019, 18:18
    Oxunub: 265
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya rəhbəri Tural Abbaslı xalqı təbrik etdi
    AĞ Partiya başqanı Tural Abbaslı "18 Oktyabr Müstəqillik günü" münasibəti ilə bağlı azərbaycan xalqına təbrik ünvanlayıb.
    Təbrikdə deyilir:

    18 oktyabr 1991-ci ildə Ali Sovetin iclasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu, sonra Azərbaycan xalqı ümumxalq referendumunda bu akt təsdiq edərək ölkəmizin müstəqilliyini bərpa etdi.
    Bu gözəl, şərəfli, qürurverici gün münasibətiylə bütün xalqımızı həm AĞ Partiya, həm də şəxsən öz adımdan ürəkdən təbrik edir, bu müstəqilliyin qazanılmasında ən xırda əziyyəti belə olan hər kəsin qarşısında baş əyərək sayğı və hörmətlə təzim edirəm.
    Uca ALLAHıma da müstəqil məmləkətdə, üç rəngli bayrağımızın kölgəsində yaşamağı bizlərə qismət etdiyi üçün şükranam.
    Müstəqilliyin mübarək, Azərbaycanım !скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.