• Rus Dili
  • Reklam
    » » Hafiz Hacıyev məmurlara ağır sözlər dedi, YAP-çı deputatdan reaksiya gəldi
    

    Hafiz Hacıyev məmurlara ağır sözlər dedi, YAP-çı deputatdan reaksiya gəldi

    1-07-2019, 22:36
    Oxunub: 286
    Şərhlər: 0
    Çap versiyası
    Hafiz Hacıyev məmurlara ağır sözlər dedi, YAP-çı deputatdan reaksiya gəldi
    Aydın Mirzəzadə: “Qırmızı xətti keçməsinlər, əxlaq dəyərlərinə əməl etsinlər”
    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reaksiya.TV-yə geniş müsahibə verib. Həmin müsahibədə partiya sədri Azərbaycan hakimiyyətində təmsil olunan iri ranqlı dövlət məmurlara qarşı sərt tənqidlər, hətta ağır ifadələr səsləndirib.

    MMP sədrinin bu cür davranışı ilə bağlı “Yeni Müsavat”a açıqlama verən YAP-çı deputat Aydın Mirzəzadə hər kəsi əxlaqlı olmağa çağırdı: “Azərbaycan müxalifəti yekcins deyil. İçərisində konstruktiv, problemlərin həllinə öz təkliflərini verənlərlə yanaşı radikal kəsim də var. Son dövrlərdə “söyüş müxalifəti” anlayışı da meydana çıxıb. Bütün bunların hamısı hakimiyyət uğrunda mübarizə aparır. Hakimiyyəti bu və ya digər məsələlərdə zəiflikdə günahlandırmağa, bir çox hallarda isə görülən işlərin üstündən xəttə çəkməyə başlayırlar. Müxalifətin bütün dünyada əsas vəzifəsi hakimiyyətə alternativ olmaqdır. İqtidarın fəaliyyətinə, apardığı siyasətə özünün fərqli mövqeyini müxalifət ortaya qoymalıdır. Bunlar olarsa, normal hallardır. Təəssüflər olsun ki, biz son dövrlərdə “söyüş müxalifəti” ilə rastlaşırıq. Bunlar üçün müqəddəs heç bir anlayış, milli dəyərlər yoxdur. Bunu deməyə məcburam ki, əxlaq məsələsi də onlardan kənardır. Sərhədləri keçirlər. Onlar hakimiyyət nümayəndələrini öz səviyyələrinə çəkməyə çalışırlar. Bəzi hallarda isə daha irəli gedərək, hakimiyyətdə təmsil olunanların ailələrini təhqir edirlər. Bütün bunlar yolverilməz hallardır. Buna hər kəs öz sərt etirazını bildirməlidir. Müxalifət nümayəndələrinin kimliyindən asılı olmayaraq hər birini etikada, mədəniyyətə, Azərbaycan xalqının min illərlə formalaşan milli mənəvi dəyərlərini qorumağa çağırırıq. Ölkə iqtidarı daim öz təmkinliyini göstərir, opponentlərinə qarşı səbir nümayiş etdirir.
    Hafiz Hacıyev məmurlara ağır sözlər dedi, YAP-çı deputatdan reaksiya gəldi
    Amma bəzi hallarda hakimiyyət nümayəndələrinə qarşı bütün etikaları, əxlaqı pozaraq ittihamlar irəli sürmə cəhdlərinə yol verilir. Hesab edirlər ki, belə də olmalıdır. Onlara qarşı gedəndə isə, bütün dünyaya hüquqlarının, demokratiyanın pozulduğunu, müxalifətə qarşı hücuma keçildiyini elan edirlər. Dünyanın heç bir yerində belə hallara qarşı təmkin nümayiş etdirilmir. Onlara qarşı hüququn bütün yollarından istifadə olunur. Azərbaycanda isə belə deyil. Son dərəcə dözüm nümayiş etdirilir. Amma onlar da gərək qırmızı xətti keçməsinlər, əxlaq dəyərlərinə əməl etsinlər. Bir səhv olarsa belə, bunu hamıya şamil etmək olmaz. Hakimiyyətdə olan hər kəsin tərcümeyi-halı göz qarşısındadır. Onların hər biri öz fəaliyyətləri ilə olduqları yerə gəlib çıxıblar. Çalışırlar ki, cəmiyyətə qulluq etsinlər, öz üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər. Kimdə bunlar alınmırsa, ona etimadsızlıq göstərilir, onun yerinə yenisi, gənc gətirilir. Siyasət öz yerindədir, əxlaqı dəyərləri gözləməliyik. Kiminsə həddini aşmasına yol verməməliyik. Cəmiyyət, gənclər bizlərdən dərs götürür. Hesab edirəm ki, həmin şəxslər öz hərəkətlərində məsuliyyətli olmalıdırlar. Mən onları buna çağırıram”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.