“Zeytun budağı” əməliyyatı beşinci günündə: Türk təyyarələri terror yuvalarını bombaladı![]() Afrində keçirilən “Zeytun budağı” əməliyyatı 5-ci gününə daxil edilib. Avropa.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Afrindəki terror hədəflərinə qarşı apardığı mübarizə çərçivəsində bu gün 8 terrorçu zərərsizlədirilib. Ümumilikdə isə anti-terror əməliyyatı başlayan gündən 260 terrorçu məhv edilib. Sərhəddəki terror hədəfləri ard-arda vurulur. TSQ 6 istiqamətdən hərəkət edir. Regiondakı əlverişsiz iqlim şərtləri ilə bağlı əməliyyat dünən zəifləmişdi. Ancaq günortadan etibarən yenidən bərpa olunmuşdu. Mülki əhalinin bu gün başlayacaq evakuasiyası üçün ilk mərhələdə 3 min adam nəzərdə tutulub. Bu iş üçün 3 koridorun açılması planlaşdırılır.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.