Ağ Partiya başqanı Tural Abbaslı, qardaş Türkiyə xalqını təbrik etdi![]() Ağ Partiya başqanı Tural Abbaslı, Referendumun nəticələri münasibətilə, qardaş Türkiyə xalqını təbrik etdi: Bu gün qardaş Türkiyəmizdə çox önəmli və tarixi bir referendum keçirildi. Seçkilərin demokratik,ədalətli və şəffaf keçirilməsinə isə heç bir şübhə yoxdur.Türkiyəmizin nəticəsindən asılı olmayaraq belə yüksək səviyyəli seçki keçirməsinin özü artıq türk-islam dünyasının uğurudur. Bu günkü referendumda Türkiyə xalqının iradəsi "Evet" oldu və qardaş cümhuriyyətimiz yeni dönəmə qədəm qoydu. Biz AĞ Partiya olaraq Türkiyə xalqını bu seçimlə bağlı təbrik edirik.Əminik ki, bu nəticə Türkiyəni dünya siyasi səhnəsində daha güclü dövlət halına gətirəcək. Biz AĞ partiya olaraq hər zaman "Güclü Türkiyə, güclü Azərbaycan deməkdir" düsturuna inanmışıq və bunun belə olduğunu tariximiz bizə dəfələrlə sübut edib. Sonda bir daha Türkiyəmizi və bütün türk-islam dünyasını təbrik edirdik. Dirilişin, yüksəlişin mübarək, böyük Türkiyə, dirilişin, yüksəlişin mübarək, türk-islam birliyi. #EVET
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.