• Rus Dili
  • Reklam
    » » İsraildən Lapşin açıqlaması
    

    İsraildən Lapşin açıqlaması

    8-02-2017, 20:40
    Oxunub: 372
    Şərhlər: 0
    Çap versiyası
     İsraildən Lapşin açıqlamasıİsrail blogger Aleksandr Lapşinin işini diqqətlə izləyir.

    Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Naxşon söyləyib. O, Tel-Əvivin bütün tərəflərlə əlaqədə olduğunu bildirib.

    Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan məşhur blogger Aleksandr Lapşin dünən Bakıya təhvil verilib.

    A.Lapşinin ekstradisiyası Ali Məhkəmənin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşib.

    Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.