• Rus Dili
  • Reklam
    » » Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhəddində (FOTO)
    

    Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhəddində (FOTO)

    1-02-2016, 22:54
    Oxunub: 1 058
    Şərhlər: 0
    Çap versiyası
    Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhəddində (FOTO)
    Ötən həftədən Rusiyanın “Su-35S” ən müasir yeni qırıcıları Suriyada döyüş əməliyatlarının icrasına başlayıblar.

    Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov xəbər verib.

    Daha əvvəl bir sıra KİV-də Rusiyanın Suriyaya ən müasir yeni hərbi təyyarələrin göndərməsi haqqında məlumatlar yayılıb. “Keçən həftədən “Hmeymim” təyyarə bazasında döyüş məsələlərinin icrasına yüksəkmanevrli “Su-35S” qırıcıları qoşulub”, – deyə Konaşenkov təsdiq edib.
    Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhəddində (FOTO)
    Daha əvvəl Rusların “Hmeymim” təyyarə bazasına yalnız müasirləşdirilmiş “Su-25” hücumçuları, “Su-24M”və “Su-34” bombardmançıları həmçinin bu təyyarələri müşaiyət edən “Su-30SM” və hərbi helikopterlər yerləşirdi. Bundan başqa, keçən il noyabrın sonunda Rusiya S-400 zenit-raket sistemləri ilə yanaşı S-300 raketlərini Suriyaya göndərib.
    Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhəddində (FOTO)
    Bir müddət əvvəl “Reuters” agentliyi “Syrian Observatory for Human Rights” hüquq müdafiə təşkilatına istinadən Rusiya Suriyada iki yeni hərbi təyyarə bazasının yaratdığı barədə xəbər yayıb. Bu informasiyaya görə, Palmira şəhərinə yaxın Al -Tayas aerodromundan artıq Rusiyanın helikopterləri qrup halında hərəkət edir.
    Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhəddində (FOTO)
    Agentlik yüksək vəzifəli ABŞ nümayəndəsinə istinadən bildirib ki, ABŞ Homs yaxınlığında Şayrat bazasına xüsusi avadanlığın yerdəyişməsini qeyd edib. Məhz hansı texnika olduğu dəqiqləşdirilməyib. Amma Vaşinqton hesab edir ki, avadanlığın böyük hissəsi artıq işə salınıb. Şayrat bazası iki VPP və təyyarələr üçün sığınacacaqlara malikdir.

    Ancaq bu həftə rus mətbuatı Rusiya güc strukturlarında olan mənbələrinə istinadən bildirib ki, Şayrat bazası Suriyanın cənubunda və şərqində əməliyyatların inkişafı üçün lazımdır. Onun sözlərinə görə, “Hmeymim” təyyarə bazası artıq döyüş hərəkətləri aparılan rayonlarından kifayət qədər uzaqdır. Xüsusilə hücumçuların və vertolyotların uçuş vaxtı nöqteyi-nəzərindən.Onun sözlərinə görə, daha əvvəl Rusiya hərbi hava qüvvələri Şayrat aerodromundan istifadə edib.



    Ötən gün Britaniyanın “The Times” qəzeti Rusiyanın Suriyada ikinci təyyarə bazasını açmağa hazırlaşdığı barədə xəbər vermişdi. Rusiyanın Suriyada hərbi əməliyyatları genişləndirməyə hazırlaşdığını yazan qəzet rusların bu məqsədlə son günlər Suriyada hərbi təyyarələrin və hərbiçilərin sayını xeyli artırdığını qeyd edib. Rusiya “Hmeymim” hərbi bazasından başqa ikinci təyyarə bazasını açıb, ora əlavə təyyarələr və qoşunlarını göndərəcək. Nəşrin məlumatına görə, mərkəzi Suriyada, Homs şəhərinə yaxın Şayrat təyyarə bazasında artıq obyektin hazırlığı ilə məşğul olan Rusiya döyüş vertolyotları və kontingenti yerləşdirilib.
    Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhəddində (FOTO)
    Rusiyanın ilk aviabazası Suriyanın Latakiya bölgəsində “Hmeymim” aeradromunda yerləşir. Rusların burada 50-dən artıq döyüş təyyarəsi və helikopteri var. “Reuters” agentliyi Rusiyanın Suriyadakı hərbçilərinin sayının 4 minə çatdığı haqda xəbər yayıb. Xəbərdə bildirilib ki, bir ay ərzində Rusiya hərbçiləri ölümlə nəticələnən itkilər də verib. Məlumatda itkilərin dəqiq sayı göstərilməyib. Rusiya “Hmeymim” aviabazasından başqa Suriyanın Hama, Şəriət və Tias hava limanlarından da istifadə edir.
    Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhəddində (FOTO)

    Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhəddində (FOTO)
    Qeyd edək ki, noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhədində Rusiyanın SU-24 hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq SU-24-ün pilotu bunlara məhəl qoymayıb.

    Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib. Təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Parisdə keçirilən İqlim Dəyişkənliyi konfransı zamanı görüşmək istədiyini dilə gətirmişdi. Lakin Putin Ərdoğanla görüşdən imtina edib.
    mənbə anspressскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.