Gürcüstan Ermənistanla hərbi əməkdaşlıq proqramı imzaladı![]() Gürcüstanla Ermənistan arasında 2016-cı il üzrə hərbi əməkdaşlıq proqramı imzalanıb. Milli.Az Report-a istinadən bildirir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. Məlumata görə, sənədi Yerevanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Ermənistanın müdafiə naziri Seyran Ohanyan imzalayıblar. İnformasiyada bildirilib ki, iki ölkə arasında əməkdaşlıq 2010-cu ildən başlayaraq, plan əsasında qurulur. Bu proqramda sülhməramlıların fəaliyyəti, hərbi təhsil və hazırlığa üstünlük verilir. Qeyd edək ki, fevralın 1-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşili Yerevana rəsmi səfər edib. Milli.Az
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.